Üçü bir evdə

ucu-bir-evde
Oxunma sayı: 671

Hər gecə “sabah nə olacaq?” haqqında ailə bir olub müzakirə aparır, hava haqqında proqnozları səbirsizlıklə gözləyirdi. İlk vaxtlar camaat su dərdinə düşdü (dərdlər davam edir), burda kimisə “günahlandırmaq” bir az döğru olmazdı, çünki nəhəng Xəzərin sahil dalğaları belə şaxtadan “dinməz” qalmışdı. Ürəyiaçıq insanlarımız son suyunu qonşusuyla paylaşdı, suyunu gizlədənlərin də axır-əvvəl suyu bitdi. Ağıllı adamlar başladı əlində vedrəylə çöldəki qarı evə daşımağa.Bizim həyətdə də camaat qarı elə daşıdı ki, həyət tər-təmiz oldu. Birinci çovğunda bir az təcrübəsiz idik, gözləmirdik. Amma yavaş-yavaş növbəti çovğunda aləm bir birinə dəydi. Avroviziyaya hazırlaşan paytaxtımız dondu, özü də -10 dərəcəyə çatmamış. Bu donun açılması üçün nə şəhər meri Haçıbala müəllim barmağını tərpətdi, nə də rayon icra nümayəndələri. Hamının başı villasının həyətini abıra salmağa qarışdı. Bizim kimilər isə işığa, qaza üzərlik yandıra-yandıra qalmışdı ki, heç olmazsa bu ikili bizi tərk etməsin .Amma qorxulan başa gəldi. Yavaş-yavaş işıq, ardınca qaz da bizi tərk etdi. Camaatın bir hissəsi isə o mükəmməl üçlükdən məhrum oldu. Biri qarı lənətlədi, biri meri söydü, biri icraya qarğış etdi. İctimai televiziya “qarla mübarizə”ni tərif etdi. Bu arada “Azərsu” isə öz idarəsinə ingilis dilini bilən işçi axtarışına çıxdı. Yəni inğilis dilini bilən, bizim qanımızdan olan o qəhraman bizi qurtarmalıydı.

Nəhayət, Ceyranbatan da döndu. Və susatan maşınların bəxtı gətirdi, pula pul demədi. Camaat xəbər eşıtdi ki, havalar düzələcək. Amma yenə də hamı termosunu qaynar su ilə doldurur, evdə bütün qış paltarlarını geyinib kələm kimi oturub, çoxu işə getmir. Çünki yolları təmizləməli olan və bir neçə il bundan əvvəl alınmış texnikanın dilə gələçəyini gözləyir. O texnikanın yerini bilsəydik... Görəsən mer onları harada “bəsləyir”...

Nəhayət, ən ağrılı məsələ.Azərbaycan balaları öz uşaqlarının yerini bilməyən, ya da xarıcdə gəzən səriştəsiz insanlar uçbatından təhsilini dayandırdı. Ağsayan təhsilimizin bir qrup oxuyanı da geriyə düşdü.Azyaşlı məktəblilər “qar yağanda məktəb olmur,ya da məktəbə getmək olmaz” kimi aksiomaları əzbərlədi.

Bu arada çovgunlu gündə Hacıbala müəllim Nərimanov rayonunda və yaddan çıxmış Əmircan qəsəbəsində göründü. Kişi bu basabasda, məktəblərin qar səbəbindən bağlandığı bir vaxtda, ölkə prezidentinə təmirdən çıxmış məktəb, bağçaları təqdim etdi. Bəlkə də merin gözdən pərdə asma əməllərindən ən mükəmməli idi bu. Həmin gün Əmircan qəsəbəsi paytaxtın qardan təmizlənmiş ən gözəl guşəsi idi. Buranın camaatı prezidentin canına dua edirdi, “sən gələn qardan təmizlənmiş yollara qurban olum” deyirdi. Hamı Haçıbala müəllimə ürək sözünü demək istəyirdi, amma heyif ki küçədə yalnız merin sirr saxlayan, geydirmə həqiqətlərini gizlədən yaxın ətrafı vardı.

Allah da bilir ki, qar bizlik deyil. Ona görə də bundan sonra qarı yəqin ki, görmərik (tərs kimi yenə proqnozlaşdırılır). Amma statistika da olmasa, qarlı günlərdə kiminsə xəstəliyi birə beş artdı, uşaqlar dəqiq öskürmək uğrunda yarışa girdi, kiminin təzyiqı son həddinə çatdı, kiminin də stressdən başı çatladı. Hələ yıxılıb küçələrdə qalanları demirəm. Amma hamı çalışdı ki ,Təcili Yardıma zəng vurmasın, çünki ora da xəbərdarlıq etmişdi ki ,ölün amma bizi yersiz narahat etməyin. Ya da sizin küçədə nə ölümünüz var ki,oturun evinizdə də...

Çoxdan donmuş başların açılması eşqinə sevinin, çünki qarşıdan yaz gəlir...