Bufetdə qıza evlilik təklifi edən oğlan danışdı - Video

Bufetdə qıza evlilik təklifi edən oğlan danışdı
Oxunma sayı: 4487

BDU-nun bufetində qıza evlilik təklif edən oğlan açıqlama verib.

“Qafqazinfo” xezerxeber.az-a istinadən xəbər verir ki, o bu addımının bu qədər yayılacağını gözləmədiyini qeyd edib. 

Günel Bəşirova Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir. 25 yaşlı Elvin Salamzadə ilə elə sözügedən universitetdə tanış olub. Türkiyədə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan Elvin, təkifi tanış olduqları gündə etmək qərarına gəlib. Evlilik təklifinin bufetdə edilməsinin də xüsusi səbəbi var. Belə ki onlar elə bufetdə tanış olublar. 

Elvin və Günel hər ikisi də Şəki şəhərindəndir. Onlar noyabr ayının 1-i nişanlanmağa hazırlaşırlar. Günel universiteti bitirdikdən sonra isə Bəşirovlar ailəsinin qapısında toy çalınacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi