Bülent bu videosuyla hər kəsi təəccübləndirdi

bulent-bu-videosuyla-her-kesi-teeccublendirdi
Oxunma sayı: 3421

Müğənni Bülent Ersoy sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşım edib.  “Qafqazinfo” xəbər verir ki, sənətçi instaqramda “Snapchat” effektlərindən istifadə olunmuş görüntüsünü izləyiciləri ilə bölüşüb. 

Ersoy hamam geyimində duş qəbul etdiyini bildirib.  Onun bu paylaşımı izləyiciləri təəccübləndirib. 

Həmin kadrlar sosial şəbəkələrin də gündəmini zəbt edib, hər kəs müğənninin videosunu paylaşaraq şərh bildirib. Onun bu addımı tənqid edənlər də olub.