Bulvara xarici ağaclar əkilir

bulvara-xarici-agaclar-ekilir
Oxunma sayı: 648

Son zamanlar milli parkın relyefinin düzəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülüb, 2000 kubmetrdən artıq müxtəlif tullantılar və yararsız torpaq ərazidən çıxarılıb. Çıxarılan torpaq isə 1060 maşın münbit torpaq və 672 ton peyinlə əvəz olunub.

Bundan başqa 2 tona yaxın torf səpilib ki, bu da yaşıllıqların artımı üçün böyük əhəmiyyət kəsb edir. Milli park ərazisində xarici ölkələrdən - Hollandiya, İtaliya və Türkiyədən gətirilmiş ağac və bitki kollarına da rast gəlinir. Güllərin əkilməsində onlara xüsusi görkəm verən daş qırıntılarından da istifadə olunur. /Azərtac/