YAP-ın rayon təşkilatının keçmiş sədri özünü güllələdi

yap-in-rayon-teskilatinin-kecmis-sedri-ozunu-gulleledi
Oxunma sayı: 681

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, şəhər sakini, 65 yaşlı Böyükkişi Pənahov özünü qoşalüləli ov tüfəngi ilə güllələyib. O, Həmzəyev küçəsində yerləşən evində otağın qapısını bağlayaraq özünü vurub.

Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Böyükkişi Pənahov iki il əvvələdək YAP-ın Ağsu rayon təşkilatının sədri olub.