Yasamaldakı məscidin bağlanma səbəbləri açıqlandı

yasamaldaki-mescidin-baglanma-sebebleri-aciqlandi
Oxunma sayı: 661

Bu barədə “Qafqazinfo”ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, namazxana Cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib: “Belə ki, Cəmiyyətin prezidenti Tapdıq Xalıqov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin Cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirmişdir. Məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Karlar Cəmiyyəti”nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən Daimi Komissiya dəfələrlə həmin əraziyə baxış keçirmiş, “Qurangah” adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edən sənədlərin təqdim edilməsinin tələb olunmasına baxmayaraq, sənədlər Komissiyaya təqdim edilməmiş, həmin sahənin fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmamışdır. Müraciətdə “Qurangah”ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Karlar Cəmiyyəti”nə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyi və bu səbəbdən “Qurangah”ın fəaliyyətinin qanuna zidd olduğu qeyd edilmişdir. Çünki “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər”.