Yollar buz bağlayacaq - Diqqət

yollar-buz-baglayacaq-diqqet
Oxunma sayı: 657

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Noyabrın 24-dən 25-nə keçən gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Noyabrın 24-dən 25-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında şaxtalı və qarlı hava şəraitinin davam etməsi ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.
Havanın minimal temperaturu 0-4 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 25 və 26-da Abşeron yarımadasında soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında Noyabrın 25-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, gecə şərq rayonlarında arabir intensivləşəcəyi gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.