Çimərlikdə 3 nəfər boğulub

cimerlikde-3-nefer-bogulub
Oxunma sayı: 648

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, Nardaran çimərliyində 2 nəfər batıb.

Belə ki, 23 yaşlı Arzu Həsənova boğularaq dünyasını dəyişib. Onun yanında olan qohumu, 9 yaşlı Sibel Həsənli isə xilas edilərək 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb.

Ölümlə nəticələnən digər boğulma hadisəsi Mərdəkan çimərliyində baş verib. 29 yaşlı Elnur Əliyev boğularaq ölüb. Həkim bu yay Bakıda 12 sudaboğulma hadisəsinin baş verdiyini və onlardan 7-nin ölümlə nəticələndiyini bildirib.