Çimərliklərə gedənlərə müraciət - Ehtiyatlı olun

cimerliklere-gedenlere-muraciet
Oxunma sayı: 2693

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) küləkli hava şəraiti ilə bağlı olaraq çimərliklərə gedən şəxslərə müraciət edib.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilib.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.