Çin əhalisi sürətlə xristianlaşır

cin-ehalisi-suretle-xristianlasir
Oxunma sayı: 825

Ancaq qeyri-rəsmi məlumatlara görə, bu rəqəmin ən azı 60 milyon olduğu təxmin edilir. “Qafqaznfo”nun Türkiyənin “Milliyət” qəzetinə istinadən əldə etdiyi məlumata görə, xristianlıq ölkədə o qədər populyar hala gəlib ki Çində bazar günü ayinlərə qatılanların sayı bütün Avropadakından belə çoxdur.
Xristianlıq dinini seçənlər içərisində cəmiyyətin hər kəsimindən var. Kənd əhalisi arasında isə xristian olmaq istəyənlər daha çox gənclərdir.
BBC-nin müxbiri Tim Garda Pekindəki kilsələri ziyarət edib. Gardamın təəssüratlarını görə, Çində xristianlığı seçənlər arasında protestantlar katoliklərə nisbətən üstünlük təşkil edirlər. Garda, Pekinin mərkəzində beş ayin izlədiyini, hamısında da ən az 1 500 nəfər olduğunu söyləyib. Garda, xristianlığın sürətlə yayılmasının Çinin tədricən kapitalizmə doğru irəliləməsi ilə əlaqəli ola biləcəyi ilə izah edib.