Çiyid almağa getdi, öldü

ciyid-almaga-getdi-oldu
Oxunma sayı: 2004

Pambıq çiyidi almaq üçün zavoda gedən şəxs elə orada ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən səhər saatlarında Neftçala rayonunda baş verib. 1954-cü il təvəllüdlü Şirvan şəhər sakini Mikayıl Şahbazov pambıq çiyidi almaq məqsədilər Neftçala rayonunun Aşağı Qaramanlı kəndində yerləşən zavoda gedib. Həyətə daxil olan kişi orada qəflətən ölüb. 

Məlumat əsasında Neftçala rayon prokrorluğunun polis əməkdaşlarının, məhkəmə-tibbi ekspertinin, hal-şahidlərinin və mərhumun qohumlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib. 

Meyitin xarici müayinəsi keçirilərək, daxili müayinə edilməsi üçün məhkəmə-tibbi ekspertə təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.