Daha bir evli qadını məşuqu şantaj edib

daha-bir-evli-qadini-mesuqu-santaj-edib
Oxunma sayı: 3098

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində internetdə tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul almaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Aslan Əzizovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası başlayıb. 

Prokuror ittiham aktını elan edib. İttihama görə, A.Əzizov sosial şəbəkədə tanışı olduğu evli qadının ona göndərdiyi intim şəkilləri yayacağı ilə onu şantaj edərək pul alıb. Bir dəfə 4 min dollar alandan sonra tələblərini davam etdirib və qadın polisə şikayət edib. 

Məhkəmədə A.Əzizov özünü təqsirli bildiyini deyib. Daha sonra ailə sirri ilə bağlı proses qapalı keçirilib. 

Zərərçəkmiş qadın iki övladı olduğunu və əri ilə boşanma mərhələsində olduğunu bildirib. O, Aslanın cəzalandırılmasını istəsə də, verdiyi pulun geri qaytarılması üçüm tələbinin olmadığını deyib. 

Proses sentyabrın 24-də davam etdiriləcək. 

Murad Əhməd