“Dalğa” “Yeni Müsavat” və “Azadlıq” ilə bağlı çağırış etdi

dalga-yeni-musavat-ve-azadliq-ile-bagli-cagiris-etdi
Oxunma sayı: 642

Təşkilatdan “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın bölgələrində bu problem illərdir mövcud idi. Lakin Bakı şəhərində yeni köşklərin qurulmasından sonra oxucuların qəzetləri rahat şəkildə əldə etməsi daha da çətinləşib. Müstəqil reklam bazarının olmadığı bir ölkədə bu halın baş verməsi çap mediasının işini daha da çətinləşdirməkdədir.

Bütün bunlara öz etirazını bildirən Dalğa Gənclər Hərəkatı bu vəziyyətin aradan qalxması üçün hökümətin təxirəsalınmaz addımlar atmasını tələb edir.

Müstəqil medianın olmadığı cəmiyyətdə insanların söz və fikir azadlığı məhdudlaşır. Bu halda isə qeyri sivil metodlar və aqresiya formalaşır. Biz azad və demokratik cəmiyyət qurulması istiqamətində fəaliyyət göstərən qurum olaraq bu tendensiyanın aradan qalxması üçün müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırırıq. Üzvlərimiz tərəfindən adı çəkilən qəzetlərin satışına dəstək vermək, müxtəlif flaşmoblar etmək, beləliklə də problemi daha da qabartmaq üçün müxtəlif planlar hazırlanır.

Dalğa Gənclər Hərəkatı olaraq vətəndaşlarımızı bu istiqamətdə bizə dəstək olmağa və azad mətbuatın qorunması istiqamətində aktivlik göstərməyə səsləyirik.