Deputatla sevgili olandan sonra gündəmdən düşmür - Fotolar

deputatla-sevgili-olandan-sonra-gundemden-dusmur
Oxunma sayı: 15709

Rusiya Dövlət Dumasının deputatı Leonid Slutskonun 34 yaşlı müğənni Zara ilə sevgili olduğuna dair xəbərlər yayılıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 46 yaşlı millət vəkilinin münasibətdə olduğu sənətçinin bundan öncə iki dəfə ailəli olduğu, birinci evliliyinin (mikyarder Valentin Matviyenkonun oğlu Sergey Matviyenko) 6 ay, ikincinin isə (Moskva Şəhər Səhiyyə İdarəsinin Əczaçılıq şöbəsinin müdiri Sergey İvanov) 8 il davam etdiyi qeyd olunur.

Məlumata görə, Zara məhz Slutsko ilə münasibətinə görə karyerasında və beynəlxalq siyasi arenada irəliləyiş əldə edib. Belə ki, o, tez-tez Krımda solo konsert proqramları ilə çıxış edir, Suriyada hərbi bazada konsertlər verir. Sənətçi bu müddətdə “Rusiyanın əməkdar artisti” fəxri adına layiq görülüb.

Tərəflər xəbəri nə təsdiq, nə də təkzib edib.