Di Mariya “Real”a qayıtmaq istəyir

di-mariya-reala-qayitmaq-isteyir
Oxunma sayı: 981

Argentina millisinin üzvü və PSJ-nin futbolçusu Anxel di Mariya sabiq klubu “Real”a qayıtmaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Di Mariya yenidən “Santyaqo Bernabeu”da çıxış etmək üçün klub prezidenti Florentino Perezlə də görüşməyə hazır olduğunu vurğulayıb.

29 yaşlı yarımmüdafiəçinin “Real”a qayıdışını sabiq komanda yoldaşları Ramos və Ronaldo da dəstəkləyib. Onlar Di Mariyanın yayda klubu tərk edəcək Xames Rodriqezi yaxşı əvəz edə biləcəyini düşünürlər.

Qeyd edək ki, di Mariya 2014-cü ildə “Real”ı tərk edərək “Mançester Yunayted”də transfer olunub. O, daha sonra isə PSJ-yə keçib.