Diplomlarla bağlı şad xəbər

diplomlarla-bagli-sad-xeber
Oxunma sayı: 650

Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov çərşənbə axşamı Trend-ə bildirib ki, hazırda bununla bağlı xüsusi proqram təminatı hazırlanır. Bu proqram ilin sonuna kimi istifadəyə veriləcək.

Məmmədov bu xidmətin tətbiqi nəticəsində diplomunu təsdiqlətmək istəyənlərin işinin xeyli asanlaşacağını da qeyd edib.

"Bu proqram istifadəyə verildikdən sonra xarici ölkədə təhsil almış şəxs diplomunu nostrifikasiya etdirmək üçün sənədlərini ilkin olaraq, elektron formada - skaynerdən keçirərək internet vasitəsilə Təhsil Nazirliyinə göndərəcək. Sənədlər son təsdiqini aldıqdan sonra onu yalnız bir dəfə nazirliyə gətirəcək və bir dəfə möhür vurduracaq. Bununla da sənədlərini təsdiqləyəcək", - o, deyib.