Doğuş Bakıda uşaq evini ziyarət etdi- - Fotolar

dogus-bakida-usaq-evini-ziyaret-etdi-
Oxunma sayı: 2005


“Qafqazinfo”nun məlumatına görə, “ATV”də yayımlanan “Səni Axtarıram”  verilişi  bayram münasibəti ilə bir sıra xeyriyyə tədbirlərinə start verib. Layihə rəhbəri Xoşqədəm Hidayətqızının dəvəti ilə ölkəmizə gələn türkiyəli  müğənni Doğuş  qocalar, uşaqlar və əlillər evində xeyriyyə tədbirlərində iştirak edib.  Ötən gün baş tutan ilk tədbirdə bir çox ictimai-siyasi xadimlər, millət vəkilləri, ziyalılar çıxış edərək uşaqları sevindirib. Qayğıya ehtiyacı olan azyaşlılar müğənni Doğuşun mahnılarını onunla bərabər ifa edərək, əyləniblər. 

Qeyd edək ki, “Səni Axtarıram”ın təşkil etdiyi növbəti xeyriyyə tədbiri bu gün Ramana Gənc Əlillərin Əmək və İstirahət evindəbaş tutub.