Dörd otaqlı ev külə döndü

dord-otaqli-ev-kule-dondu
Oxunma sayı: 879

Quba rayonunda 4 otaqlı evdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı xəbərə görə, rayonun Sırt Çiçi kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaq, aynabənddən ibarət ev yanıb. Evlə bərabər ona bitişik 36 m2 olan talvar da külə dönüb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.