Dueyn Conson nəhənglərə qarşı - İlk treyler

dueyn-conson-nehenglere-qarsi
Oxunma sayı: 2445

Hollivudun maraqla gözlədiyi filmlərdən olan "Rampage"in ilk treyleri yayımlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filmdə baş rolu Dueyn Conson canlandırıb. Ekran işinin rejissoru Brad Paytondur.

Ssenariyə əsasən, primatoloq Davis Okoye insanlardan uzaqda balacalıqdan bəri böyütdüyü “George” adlı qorilla ilə dostluq etməyə başlayır. Lakin genetik təcrübə nəticəsində George sözə qulaq asan meymundan böyük vəhşiyə çevrilir. Bundan əlavə məlum olur ki, genetik dəyişikliyə məruz qalmış başqa heyvanlar da var.

Vəhşi və nəhəng heyvanlar şəhərləri məhv etdikləri bir vaxtda Davis genetik mühəndislə birlikdə onları öz əvvəlki vəziyyətlərinə qaytara biləcək dərmanı yaratmağa çalışmalı və nə vaxtsa “George”u xilas etməlidir.

Filmin təqdimatı 2018-ci ilin aprelin 20-də baş tutacaq.