Dünənki davaya görə iki nəfər həbs olundu - DİN-dən açıqlama

dunenki-davaya-gore-iki-nefer-hebs-olundu-din-den-aciqlama
Oxunma sayı: 655

Lent.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, stadionda ictimai asayişin kobud şəkildə pozulmasına cəhd göstərilib: “Oyun vaxtı və daha sonra stadionda və ətrafında ictimai asayişin kobud formada pozulmasına cəhd edilib. Stadionda asayişi qoruyan qüvvələr tərəfindən bu cəhdin qarşısı alınıb. Bu zaman stadiona yandırıcı-protexnik maddələr atan və ictimai qaydaları kobud şəkildə pozan 2 nəfər saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib olunub. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib”.

Qeyd edək ki, kuboku “Neftçi” komandası qazanıb.

***
“Qafqazinfo”nun məlumatına görə, saxlanılan hər iki şəxsə 15 sutka həbs cəzası verilib. Həmçinin “Neftçi” və “Xəzər Lənkəran” qarşılaşmasından əvvəl bir sıra azarkeşlərdə yandırıcı-protexnik maddələr aşkarlanaraq götürülüb.