Dünyanın 4 lideri Donbassdan danışdı

dunyanin-4-lideri-donbassdan-danisdi
Oxunma sayı: 658

Rusiya, Fransa, Ukrayna prezidentləri Vladimir Putin, Emmanuel Makron, Petro Poroşenko və Almaniya kansleri Angela Merkel arasında “Normand dördlüyü” çərçivəsində növbəti telefon danışığı baş tutub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər Donbassdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Telefon danışığı zamanı ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının rəhbəri Ərtoğrul Apakanla müavini Aleksandr Huqanın təmas xəttində atəşkəs rejiminin mövcud vəziyyəti barədə hesabatı dinlənilib.