“Düz xəbər” qəzetinin baş redaktoru tutuldu

duz-xeber-qezetinin-bas-redaktoru-tutuldu
Oxunma sayı: 665

O, şəhid anası Albina Əsgər qızı Qurbanovanı şəhid ailələri üçün nəzərdə tutulan evlərdən birinin alıb ona verəcəyi adı ilə aldadaraq “şirinlik” adı ilə 1800 manat dəyərində pul alıb. Bundan əlavə, adıçəkilən şəxs bu və digər yollarla müxtəlif şəxslərdən də pul mənimsəyib.

Zərərçəkən Albina Əsgər qızı Qurbanova deyir ki, pulu “redaktora” peşə fəaliyyətinə inandığı üçün pul verib. Lakin sonradan aldadıldığını başa düşüb Habil Allahyarova axtarsa da tapa bilməyib. Saxlanılan şəxs əməlindən peşman olduğunu deyib. O, irəli sürülən bütün ittihamları qəbul edib. Əməlinə isə, özünə məxsus don geyindirib. Aldığı pullarla qızına toy edib.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin192-ci (qanunsuz...külli miqdarda ziyan vurmaqladələduzluq etmə)maddəsiilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

SİA