“El Klasiko” sülhlə bitdi

el-klasiko-sulhle-bitdi
Oxunma sayı: 655

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmada ilk qolu “Barselona”nın oyunçusu Sesk Fabreqas 53-cü dəqiqədə vurub. Oyunun sonlarına yaxın meydan sahibləri məğlubiyyətdən xilas ola biliblər - 82-ci dəqiqədə Rafael Varan hesabı bərabərəşdirib.

1902-ci ildən bəri keçirilən bu möhtəşəm futbol qarşılaşması bütün idman dünyasını daim maraqda saxlamağı bacarır. İspaniyanın paytaxtı və mərkəzi sayılan Madridlə, iqtisadiyyat, dəb ,incəsənət və sözsüz ki, futbol şəhəri sayılan Barselona arasında hər zaman hər istiqamətdə mübarizə özünü göstərib. İndiyənə kimi 222 dəfə üz-üzə gələn bu iki klubun demək olar ki, göstəriciləri eynidir. Belə ki, 222 oyundan 88-ni “Real” Madrid, 87-ni isə “Barselona”qazanıb. 47 dəfə isə “El Klasiko” da qalib məlum olmayıb.