“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları seçilib

elektron-tehsil-respublika-musabiqesinin-nominantlari-secilib
Oxunma sayı: 820

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə iştirak edən 601 layihədən cəmi 98 layihə müsabiqənin nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar . Təşkilat Komitəsinin qərarı ilə ən çox bal toplayan resurslar arasından fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika nominasiyası üzrə 30, ibtidai təhsildə İT-dən istifadə üzrə ən yaxşı metodika nominasiyası üzrə 22, İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli nominasiyası üzrə 32, müəllimlərin bloqları və təhsildə internet resurslar nominasiyaları üzrə hər birində 7 nominant yeri müəyyən olunub. “Elektron Təhsil” müsabiqəsinin qalibləri səsvermənin sonuncu - 3-cü mərhələsində müəyyən olunacaq. Bu mərhələ 15 iyun 2010-cu il tarixədək yekunlaşacaq. Münsiflər Heyəti bu mərhələdə hər bir Nominasiya üzrə nominant resurslar arasından mövcud kriteriyalar və qiymətləndirmə prinsipləri əsasında qalibləri seçəcəklər. Qaliblərin mükafatlandırılmasından ibarət olan yekun təqdimat mərasiminin iyun ayının 20-dək keçirilməsi nəzərdə tutulub.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təhsil” müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

Nigar Məmmədli