Əli Abbasov Davosda Azərbaycan İKT-nin inkişafından danışıb

eli-abbasov-davosda-azerbaycan-ikt-nin-inkisafindan-danisib
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, nazir çıxışında deyib ki, beynəlxalq reytinq agentliklərinin qərarına əsasən, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafın səviyyəsi inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır: “Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsidir. Bu il Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması planlaşdırılır. Digər bir sahə - infrastruktur sahəsidir. “Elektron hökumət”in və ictimai informasiya xidmətlərinin yaradılması, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi də prioritet sahələrdəndir. Biz həm də Azərbaycanın İKT sahəsində regional layihələrdə fəal iştirakını daha da genişləndirməyi təmin etmək istiqamətində səylər göstəririk”.

Əli Abbasov ölkəmizə xarici investisiyaların cəlb olunması, həmçinin xarici şirkətlərlə əməkdaşlıq üçün əlverişli biznes və sərmayə mühitinin olduğunu diqqətə çatdırıb.

Nigar Məmmədli