“Əlibəy Hüseynzadə” kitabının təqdimatı keçirilib - Fotolar

elibey-huseynzade-kitabinin-teqdimati-kecirilib-fotolar
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasimini təşkil edən Türk Ocakları İstanbul şöbəsinin sədri Cezmi Bayram çıxışında deyib ki, biz Türk Ocaklarının 100 illiyinə layiq olan bir kitabı çap etmək üçün axtararkən Qənirə Paşayeva və Azər Turanın “Əlibəy Hüseynzadə” kitabıyla tanış olduq və 100-cü ilimiz barədə ən dəyərli kitabın məhz bu əsər olduğunu görərək onu məmnuniyyətlə çap etdik.

Millət vəkili Qənirə Paşayeva isə qeyd edib ki, Sovet imperiyası nə qədər çalışsa da, bizi öz milli kimliyimizdən ayrı sala bilmədi. Sovetlərin dağılmasından sonra böyük aydınlarımızın həyat və fəaliyyətinin öyrənilməsi bizim üçün əsas məsələlərdən biri idi. Mən də bu sahədə əlimdən gəldiyi qədər işlər ortaya qoymağa çalışıram. İlk dəfə Türk Türih Kurumuna girəndə orada böyük Atatürkün “Tarixi yazmaq tarixi yaratmaq qədər önəmlidir”-sözlərini görmüşdüm. Böyük Atatürk bu gün sağ olsaydı, yəqin ki, o sözlərinə əlavə olaraq deyərdi ki, yaratdığınız tarixi yazmaq qədər onu öyrətmək də önəmlidir. Burdan qəti şəkildə deyə bilərəm ki, tarix Əlibəy Hüseynzadə və mübarizə arkadaşlarını haqlı çıxarmışdır. Bu insanlar deyirdilər ki, Türk milli kimliyini qorumaq lazımdır.XX əsrin əvvəllərində Türk milli düşüncəsini ortaya qoyanlar Osmanlı imperiyasının çökdüyünü görərək, onun yerində ulus dövləti qurulmasının vacibliyini vurğulayırdılar. Müsəlman coğrafiyasına baxın: hansı müsəlman ölkəsi son əsrdə Türkiyənin qazandığı uğurları qazana bilib? Böyük Atatürk Əlibəy Hüseynzadə, Ahmet Ağaoğlu,Yusuf Akçura və sonradan “fikir müəllimim” dediyi, Türk ocaklarından yetişmə Ziya Gökalpın fikir və ideyalarını alaraq Türkiyə Cümhuriyyətini qurub.”

Təqdimat mərasimində çıxış edən Əlibəy Hüseynzadənin qızı Feyzaver Alpsar atası haqqında kitabın yazarlarına və təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü bildirib.