Elitar Gimnaziyada “Aprel zəfəri” adlı tədbir

elitar-gimnaziyada-aprel-zeferi-adli-tedbir
Oxunma sayı: 999

Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada  Aprel döyüşlərində şəhid olmuş əsgərlərin xatirəsinə həsr edilmiş “Aprel zəfəri” adlı tədbir keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbir Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

 Tədbiri giriş sözü ilə açan İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışıb.         

 Daha sonra Qafqaz Müsəlmanları idarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirdi ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər.   

 Elitar Gimnaziyanın valideyni olmuş Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova  və şəhid mayor Rasim Məmmədovun qardaşı Aslan Məmmədov çıxış edərək 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən danışaraq qeyd etdilər ki, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından və bu döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimiz üçün   doğma Vətən torpaqlarının hər bir qarışının nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər.

Tədbirdə Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə  və diğər qonaqlar çıxış edib.