Elzadan “Facebook”da müzakirə olunan şeiri ilə bağlı - - Açıqlama

elzadan-facebookda-muzakire-olunan-seiri-ile-bagli-
Oxunma sayı: 2991


“Qafqazinfo”ya açıqlamasında əməkdar artist  bildirib ki, bu şeiri tənqid edənlər onu anlamayanlardır:

“İmadəddin Nəsimi Allaha yarım  deyirdi, onu Allahsız adlandırıb, çarmıxa çəkdilər. Bu şeiri hərə öz düşüncəsinə, dünyagörüşünə uyğun anlayır. “Tək verdi” şeiri Allahın insanları yaratmasından, təkləri qovuşdurmasından, cütləşdirməsindən, sevgini, yarı yaratmasından bəhs olunub. Bunları kar da, lal da, kor da bilir. Mənim hər zaman mahnılarımı KVN komandası, “Bu şəhərdə”nin aktyorları səhnələşdiriblər. Bu insanların şəxsi işləridir. Mənə çox zənglər gəlir, deyirlər sənin şeirini pis mənalara yozanları tapıb cəzalandıraq. Bu şeiri təhqir edənlər özlərini təhqir ediblər. Mən narahat olmuram. Şeirim də ki, göz qabağındadır”. 

Nigaranam səninçün

Heç bilirsən necə?

Fikrimdəsən, yalqızam

Neyniyim? Nə edim? Bilmirəm necə ?

Necə gəlim yanına?

Sən de necə?

Səndən heç doymadım ki

Həsrətindən lap doydum

Hicran oldum, qəmgin qaldım

Tək qoydun

Tək.

Təkliyi bilirsən?

Necədir?  bilirsən?

Bilirəm,..Sən də, təksən!

Tək olmaq yaxşıdı?

Ulduzlarla insanlıqda

Dahiliyin, sənətin, erkəkliyin tərkində

Tək seçilmək… Tək qalmaq…

Sevgilinlə tək yatmaq

Təklərdən tək yaratmaq yaxşı şeydir

Çox yaxşı

Yaxşıların yaxşısıdı belə təklər

Təkin təkə nə ziyanı?

Təkdə sığar iki bədən

Təkdən təkin asılanı

Alışanı, yananı, sarılanı

Sarıl təkə...

Tək qalmasın səndə qalsın

Yazıqdır..!

Səninlədir, səninkidir!

Yuxularında gördüyündür

Yollarında gəzdirdiyin təkindir..!

Sənin təkin

Tək verdi! Tanrı verdi...!!

Tək … Təki verdi

Ona verdi… Sənə verdi

Qoru onu… Sev onu

Tək qal onunla…Tək

Tək qalmazsan onunla

Tək.

Könül