Ən çox təsir gücü olan məşhurlar kimdir?

en-cox-tesir-gucu-olan-meshurlar-kimdir
Oxunma sayı: 2211

“Brand Watch” araşdırma şirkəti sosial şəbəkədə insanlara birbaşa təsir edən məşhurların adlarını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, 98 faiz göstərici ilə izləyicilərin fikrini dəyişdirmək, öz düşüncələrini aşılamaq gücünə malik olan tanınmış xanımlar arasında birinci pop ulduz Teylor Sviftdir. 

84 milyon “follower”i olan Teylor bu baxımdan siyasətçilərin və sosial kampaniya təşkilatçılarının diqqətindədir. İkinci müğənni Keti Perri (96 faiz), üçüncü sırada isə TV ulduzu Kim Kardaşyandır (96 faiz). 

Kişilər arasında isə birinci yeri müğənni Liam Payne (97 faiz), ikinci ABŞ prezidenti Donald Tramp (96 faiz), üçüncü pop ulduz Castin Biberdir (95 faiz).