Ən sosial yönümlü bank səhifəsi hansıdır?

en-sosial-yonumlu-bank-sehifesi-hansidir-
Oxunma sayı: 832



Unibank-ın Facebook səhifəsi beynəlxalq xidmət tərəfindən iyulun 1-dən sentyabrın 30-dək keçirilən monitorinqin də qalibidir və 3 ayın nəticələrinə əsasən, yenidən “Ən sosial yönümlü səhifə” seçilib.

Beynəlxalq xidmətin monitorinqi göstərir ki, Unibank Facebook səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən 99%-ni alıb.

Socialbakers (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir. Qeyd edək ki, hazırda Unibank-ın Facebook səhifəsinin istifadəçilərinin sayı 224 mini ötüb. Bu da banklar arasında tərəfdaşların sayına görə ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burada bankın məhsul və xidmətləri haqda sual ünvanlayaraq, qısa müddətə məlumat ala bilirlər. Unibank-ı birinci etdikləri üçün Bank bütün Facebook tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir. Əlavə məlumat üçün – www.facebook.com/unibank.az

Unibank – hər kəsin bankı.