Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib

erdogan-azerbaycanda
Oxunma sayı: 6288

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. 

***

Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev həmkarını qarşılayıb.

Qeyd edək ki, Ərdoğanla birgə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da Bakıda səfərdədir. 

***

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub.

***

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçıları ulu öndərin məzarı önünə əklil qoyublar.

***

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət ediblər.