Ərdoğan “Muhteşem Yüzyıl”ı “yıxdı-sürüdü”

erdogan-muhtesem-yuzyili-yixdi-surudu
Oxunma sayı: 632

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan serialın rejissorlarını, eləcə də serialın yayımlandığı kanal sahiblərini də tənqid edib: “Bizim “Muhteşem Yüzyıl”dakı kimi əcdadımız yoxdur. Biz elə bir Qanuni tanımamışıq. Biz elə bir Sultan Süleyman tanımamışıq. Onun ömrünün 30 ili at belində keçib. Sarayda hər şey serialda gördüyünüz kimi keçməyib. Bunu yaxşı bilib anlamağınız lazımdır.

Mən o serialın rejissorlarını, o televiziyannı sahiblərini də millətimizin hüzurunda qınayıram. Və bu məsələdə də aidiyyatı orqanları xəbərdar etməyimizə baxmayarq məhkəmənin də lazımi qərarı verməyini gözləyirəm”.

Qeyd edək ki, Osmanlı tarixindən bəhs edən “Muhteşem Yüzyıl” hazırda Rusiya, Bolqarıstan, Slovakiya, Çexiya və Serbiyada yayımlanır.