“Ərdoğan Rihanna ilə nə vaxt görüşəcək?”

erdogan-rihanna-ile-ne-vaxt-gorusecek-
Oxunma sayı: 2210


“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, millət vəkili baş nazirin sənətçilərlə görüşməsini tənqid edib: “Hülya Avşarla da görüşüb. Toplum artıq maraqlanmağa başlayır, Rihanna ilə zaman görüşəcək. Bunun bir ədəbi var”.

Millət vəkili Hasip Kaplan Ərdoğanı “oralar sidik qoxur” sözlərinə görə də sərt tənqid edib: “Bir baş nazirin ağzından çıxacaq sözmü bu? Bu dili qəbul etmirik. Bu, sülhün, sağlam düşüncənin dili deyil. Baş nazir işçilərlə birgə zibil toplayan bu insanlardan üzr istəməlidir”.