Ermənilər atəşkəs rejimini 66 dəfə pozdu- - 1 günə

ermeniler-ateskes-rejimini-66-defe-pozdu-
Oxunma sayı: 646


“Qafqazinfo”nun xəbərinə görə, Müdafiə Nazirliyi bildirir ki,erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şuraabad, Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.