Ermənistan ordusu Türkiyə hərbi hissələrini yoxladı

ermenistan-ordusu-turkiye-herbi-hisselerini-yoxladi
Oxunma sayı: 636

“Media forum” saytı xəbər verir ki, Avropada Adi Silahlı Qüvvələrə Dair Müqavilə çərçivəsində həyata keçirilən təftiş zamanı coğrafi koordinatlar və sxemlər dəqiqləşdirilib, texnikanın və silah-sursatın sayı və nəzarət obyektlərində olub-olmaması yoxlanıb, həmçinin hərbi hissələrin dislokasiya zonalarının monitorinqi aparılıb.

Noyabrın 26-dan dekabrın 3-nə qədər keçirilən təftişdə Türkiyə Silahlı Qüvvələrinin müqavilə öhdəliklərinin pozması halının aşkarlanmadığı bildirilir.

Avropada Adi Silahlı Qüvvələrə Dair Müqavilə iki hərbi-siyasi ittifaq – NATO və Varşava Müqaviləsi Təşkilatı arasında 1990-cı noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Müqavilə Avropa qitəsində adi silahların (tank, zirehli texnika, artilleriya qurğuları, hərbi təyyarə və vertolyotlar) yerləşdirilməsini tənzimləyir.