Əvəz Temirxan “kəsildi”

evez-temirxan-kesildi
Oxunma sayı: 767

ALP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq üçün sənədlərini Kollegiyanın Rəyasət Heyətinə təqdim edib, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının 26 iyun 2011-ci ildə keçirdiyi test imtahanını uğurla verib. Lakin 8 dekabr 2011-ci ildə Vəkillər Kollegiyasının İxtisas Komissiyasının keçirdiyi müsahibə zamanı qərəzli yanaşma nəticəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün müsbət rəy verilməyib.

Azərbaycan Liberal Partiyası hesab edir ki, Əvəz Temirxanın Vəkillər Kollegiyasını üzvlüyünə qəbul olunmaması onun müxalifətçi siyasi fəaliyyəti, Azərbaycan iqtidarının siyasətini ardıcıl və prinsipial tənqid etməsi ilə bağlıdır: “Ə. Temirxana qarşı bu cür münasibət əslində siyasi sifarişin, siyasi ayrı-seçkiliyin nəticəsi və siyasi repressiyadır. Azərbaycan Liberal Partiyası Ə. Temirxana qarşı repressiyanı pisləyir və onun hüquqlarının bərpa olunmasını tələb edir”.