“Facebook”un gündəlik mobil auditoriyası- - 700 milyon

facebookun-gundelik-mobil-auditoriyasi-
Oxunma sayı: 650



“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, gündəlik aktiv auditoriya sayı istifadəçilərin cəlb olunmasını əks etdirir. Bu, “Facebook”un reklam biznesi üçün mühüm parametrdir. Hər gün mobil qurğulardan “Facebook” şəbəkəsinə daxil olan istifadəçilərin sayı, demək olar, xidmətin gündəlik aktiv auditoriyasına bərabərdir. Bu, bir ildə sosial şəbəkənin gəlirində mobil reklamın payının 40-dan 66%-dək artmasını qismən izah edir.

Sosial şəbəkədən, heç olmasa, ayda bir dəfə 1,35 milyard insan istifadə edir. Son üç ayda “Facebook”un auditoriyası 30 milyon istifadəçi artıb. “Facebook” istifadəçilərinin sayının artım tempi azalır: son üç rübdə sosial şəbəkəyə 40-50 milyon yeni istifadəçi qoşulub. Hər ay 1,12 milyard insan sosial şəbəkənin mobil xidmətlərindən istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir.

Ümumi göstəricilərlə müqayisədə mobil auditoriyanın aktiv artması şirkətin işinə yarayır. “Facebook”un baş direktoru Mark Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırır. “Facebook” şirkəti, həmçinin “WhatsApp” və “Instagram” xidmətlərinə sahibdir.