Fəhlə diri-diri yandı

fehle-diri-diri-yandi
Oxunma sayı: 644

“Qafqazinfo” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 4-də saat 11.00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki "Karvansaray" daş karxanasındakı yardımçı otaqda yanğın baş verib. Nəticədə bütövlükdə yardımçı otağın yanar konstruksiyaları, oradakı əşyalar və karxanada fəhlə işləyən Cəlilabad rayon sakini Rövşən İsmayılov yanıb.