Fəhlə yoldaşını 12 bıçaqla öldürən hakim qarşısında

fehle-yoldasini-12-bicaqla-olduren-hakim-qarsisinda
Oxunma sayı: 779

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə yoldaşını öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Əliyevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses dekabrın 13-də davam etdiriləcək.

Qeyd edək  ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində 1994-cü il təvəllüdlü V.Əlizadə özündən 1 yaş böyük Kamran Quliyevə 150 manat borc pul verib. Fəhləlik edən gənclər bir müddət sonra görüşüblər. Vüqar Kamrandan borcu qaytarmasını istəsə də, o, pulu olmadığını və ona vaxt verməsini deyib. Lakin Vüqar bu vaxta kimi gözlədiyini deyərək pulu dərhal verməsini tələb edib. Bu da davaya səbəb olub, nəticədə Vüqar Kamrana 12 bıçaq vuraraq öldürüb.

Hadisədən sonra İ.Əliyev də qətldə təqsirli bilinərək saxlanılıb.

Murad Əhməd