“Fənərbağça” çempionluq şansını davam etdirdi - Video

fenerbagca-cempionluq-sansini-davam-etdirdi
Oxunma sayı: 1967

Türkiyə Superliqasında 30-cu tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Fənərbağça” öz meydanında “Antalyaspor”u qəbul edib.

“Sarı-lacivərdlilər” matçdan 4:1 qalib ayrılıb və sona 4 tur qalmış çempionluq şansını davam etdirib.

Hazırda 60 xalla 4-cü pillədə “Fənərbağça” lider “Qalatasaray”dan 3 xal geri qalır.

“Fənərbağça” - “Antalyaspor” - 4:1

Qollar: 14 – Şeyşu (1:0), 20 – Soldado (2:0), 36 – Doukara (2:1), 62 – Culyano (3:1), 90 – Valbuena (4:1)