Fəridə tacik müğənninin klipinə çəkildi

feride-tacik-mugenninin-klipine-cekildi
Oxunma sayı: 4178

“Miss Ukrayna- 2015”in laureatı, azərbaycanlı gözəl Fəridə İbrahimova məşhur tacik müğənni Conibek Muradovun klipinə çəkilib.  

“Qafqazinfo” xəbər verir ki, o, Ukraynada populyar olan ifaçının “Lilu” adlı ekran işində yer alıb. Layihə ötən gün sənətçinin “Youtube” səhifəsində yayımlanıb və klipi bir neçə saat ərzində yarım milyona yaxın insan izləyib. 

“Fəridə kimi gözəl qız üçün gözəl interyer seçilib. Çəkilişin bir hissəsi Limasolda elit bir məkanda yerləşən 10 milyonluq villada baş tutub.  Digər çəkiliş isə 500 min dollarlıq yaxtada reallaşıb”- deyə Conibekin mətbuat xidməti qeyd edib.