Fizuli Ələkbərov Sumqayıta yeni rəis təyin edib

Fizuli Ələkbərov Sumqayıta yeni rəis təyin edib
Oxunma sayı: 633

“Qafqazinfo”nun “Xeberle.com” portalına istinadən verdiyi məlumata görə, Fizuli Ələkbərovun 08/11 - 162 sayli 13 may 2013-cü il tarixli əmri ilə 2013-cü il 15 may tarixindən Şəfa Tiflis oğlu Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəis təyin olunub.

Qeyd edək ki, 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Sumqayıtda yerləşir. Ş. Əliyev bu təyinatadək Bakı şəhər Məşğulluq İdarəsinin rəisi vəzifəsində çalışıb. Əvvələr isə Sumqayıt şəhər Əmək və Məşğulluq mərkəzinin direktoru olub.

Şəfa Tiflis oğlu Əliyev 1959-сu ildə anadan olub. Azərbayсan Xalq Təsərrüfatı İnstitutunu (Bakı) və Ümumittifaq Xariсi Tiсarət Akademiyasını (Moskva) bitirib. İxtisasсa iqtisadçı və xariсi-iqtisadi əlaqələr üzrə mütəxəsisdir. 1981-2006-cı illər ərzində Sumqayıtın kimya və neft-kimya müəssisələrində çalışıb. O, kimya və neftkimya müəssisələrində operator vəzifəsindən “Sintezkauçuk” zavodunun direktoru, “Azərkimya” Dövlət Şirkətinin vitse-prezidenti vəzifəsinə kimi yüksəlib. 1997-2000-ci illər ərzində “Azərkimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin başçısı kimi fəaliyyət göstərib.

Şəfa Əliyev eyni zamanda Sumqayıt Dövlət Universitetinin dosentidir və iqtisad elmləri namizədidir. İqtisadçı-alimin 150-dən çox elmi məqalələri, monoqrafiya və kitabları dərс edilib. Onun əsərləri ABŞ, İtaliya, Çexiya, Slovakiya, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Belorus, Qazaxıstan və digər ölkələrin elmi jurnallarında və konfrans materiallarında dərс olunub.

Şəfa Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə 2009-сu ilin noyabr ayının 16-da prezident İlham Əliyevin sərənсamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Şəfa Əliyev üç övlad atasıdır və 2 nəvəsi var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi