“Gəlinin dayısını döydüm...”

gelinin-dayisini-doydum
Oxunma sayı: 3179


“Hər zaman mədəni insanlar tərəfindən toylara dəvətlər alıram.  Məni sevən insanlar mədəni insanlardır. Oxuduğum toylarda belə hadisələr baş vermir. Bir dəfə istisna hal oldu. Gəlinin dayısı qulağıma söyüş söyməyə başladı. Dedi ki, filan kəs tərbiyəsiz müğənnidir, onu toyumuza niyə çağırmısan. Cavab verdim ki, ay qardaş, onu mən dəvət etməmişəm, bəy-gəlin dəvət edib. Məni söyməyə başladı. Hündür, enlikürək idi. Yumruğu iki başım boyda olardı. Toyu mədəni sürətdə apardım. Toy bitdikdən sonra kişini çağırıb qəşəng döydüm. Mən bununla fəxr etmirəm, mən adamdöyən deyiləm, müğənniyəm”.

Könül