Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə…

genc-tamasacilar-teatri-yeni-movsumde
Oxunma sayı: 890

“Qafqazinfo”nun məlumatına görə, müşavirəni teatrın rəhbəri, Əməkdar Artist Mübariz Həmidov açaraq kollektivi məzuniyyətdən sonra işə başlaması və Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib. Daha sonra M. Həmidov 83-cü teatr mövsümdə teatrın fəaliyyəti və həmin ildə əldə olunan uğurları haqqında ətraflı məlumat vermiş, yeni - 84-cü teatr mövsümdə qarşıda duran vəzifələr və Bakıda keçiriləcək Beynəlxalq Teatr tədbirləri haqqında məlumat verib. O qeyd edib ki, ilin sonunadək teatrsevərlərə daha 3 yeni tamaşa hazırlanaraq, təhvil veriləcək. Daha sonra teatrın rəhbəri məzuniyyət müddəti ölkə başçısının Sərəncamı ilə Fəxri adlara layiq görülmüş teatr əməkdaşlarını və sentyabrın 1-də ad günlərini qeyd edən aktyorları təbrik edib.

Azərbaycan Milli Peşəkar Dünyəvi Teatrın 139-cu mövsümünün sentyabrın 15-də yenicə təmirdən çıxmış Mingəçevir Dövlət Dram Teatrında baş tutacağını, Gənc Tamaşaçılar Teatrının bir qrup üzvünün həmin açılışda iştirak edəcəyi barədə məlumat verib.
Teatrın direktoru əmək və icraçılıq, nizam-intizam işinin gücləndirilməsi, teatrda mövcud texniki avadanlıqların daha da güclü mühafizəsi və səmərəli istifadəsi haqqında da təklif və tövsiyələrini kollektivin nəzərinə çatdırıb.

Sonda M. Həmidov teatrın kollektivinə yeni teatr mövsümündə uğurlar arzulayaraq, sentyabrın 24-dən kollektivin tamaşaçılarla görüşə gələcəyini bildirib.

Qeyd edək ki, yeni mövsümün ilk premyerası xalq yazıçısı İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» tamaşası sentyabrın 25-də, saat 19.00 oynanılacaq.