Gəncə sakini müəmmalı şəkildə xəsarət alıb

gence-sakini-muemmali-sekilde-xesaret-alib
Oxunma sayı: 636

Gəncə sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Qasımov Elsevər Səməd oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 E.Qasımov yıxılaraq xəsarət aldığını bildirsə də, onun bıçaqlandığı ehtimal olunur.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.