Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri 1 nömrəli uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
"Qafqazinfo"ya daxil olan məlumata görə, açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını tarixi gün münasibəti ilə təbrik edib.
Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixinin dönüm nöqtəsi olduğunu deyən Elmar Vəliyev Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Nizami yurduna olan diqqət və qayğısından danışıb. Şəhər rəhbəri xüsusi vurğulayıb ki, yaxın zamanlarda 44 nömrəli uşaq bağçası, 1 saylı tam orta məktəb, 4 saylı internat tipli məktəb, 2 saylı peşə liseyi də təmirdən sonra istifadəyə veriləcək.
1 nömrəli uşaq bağçasında aparılan əsaslı təmir və yenidənqurma işlərində zəhmətlərinə görə "Alyans" MMC-nin direktoru Pərviz Məmmədov, mühəndisi Tofiq Mustafayev, iş içraçısı Afiq Abbasov Gəncə şəhər İcra Hakimiyyəti başçısının "Fəxri Fərman"ı ilə təltif ediliblər.



Son xəbərlər
Son Xəbərlər