Gəncədə 100 illiylə bağlı tədbirlər - Fotolar + Video

gencede-100-illiyle-bagli-tedbirler
Oxunma sayı: 4793

“Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilən tədbirlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyə Cümhuriyətinin Müdafiə nazirinin müavini ŞuayAlpay, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki Başkonsulu Mamuka Balavadze iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə fəxri qonaq qismində iştirak edən Türkiyə Cümhuriyətinin Müdafiə nazirinin müavini Şuay Alpay, bildirib ki, o azərbaycanlı qaçaq Məhəmməd Qasım bəyin nəvəsidir. Azərbaycan  Xalq Cümhuriyyəti hökümətinin üzvlərindən olan Məhəmməd Qasım bəy 1920-1932-ci illərdə dağlara çəkilərək bolşeviklərə qarşı mübarizəyə qoşulur. Sonradan Sovet hakimiyyətinin təqiblərindən qurtulmaq üçün Türkiyəyə mühacirət edən Məhəmməd Qasım bəy, Elazığ şəhərinə yerləşir.

100 illiyə həsr olunan silsilə tədbirlər Heydər Əliyev park-kompleksində davam edib. Buradakı Amfiteatrda xüsusi senari əsasında hazırlanmış, teatrlaşdırılmış kütləvi mərasim təşkil edilib.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, müasir Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və ulu öndərin də dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir, əbədidir.

Tədbirin videosu aşağıda verilib: