Gəncədə 4 otaqlı ev yandı

gencede-4-otaqli-ev-yandi
Oxunma sayı: 1628

Gəncədə evdə yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Nizami rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 92 m² sahədə yanıb.

Yüksək temperaturdan evə bitişik ümumi sahəsi 48 m² olan talvar və yaxınlıqdakı ümumi sahəsi 135 m² olan talvar 10 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.