Gəncədə Toyota Mərkəzi açılıb - - Fotolar

gencede-toyota-merkezi-acilib-
Oxunma sayı: 3342


2008-ci ildən fəaliyyət göstərən Toyota Gəncə Mərkəzi artıq rəsmi diler ünvanını əldə edib. 17 May 2014-cü il tarixində Toyota və Toyota Gəncə Mərkəzi arasında imzalanan müqavilə əsasında tərəflər bu addımı atmağa nail olublar. Rəsmi imzalar Toyota Qafqaz və Orta Asiya regionları üzrə Rəsmi Distribüterin prezidenti Yuji Vaqata və Toyota Gəncə Mərkəzinin baş direktoru cənab Aqil Əsgərov tərəfindən atılıb.

Gəncə və ətraf bölgələrdə yaşayan avtomobilsevərlər artıq bu mərkəzə gələrək Toyota avtomobilləri ilə yaxından tanış ola bilərlər. Toyota Gəncə Mərkəzinin təmsilçisi öz açıqlamasında bildirib: “Toyota Gəncə Mərkəzinin açılması bölgə üçün təqdirəlayiq haldır. Artıq Toyota avtomobillərini buradan almaq, servis xidməti və orijinal ehtiyat hissələrini əldə etmək mümkündür.”

Toyota şirkətinin təşəbbüsü ilə açılan Toyota Gəncə Mərkəzinin sayəsində yaxın bölgələrdə yaşayan insanlar komfortu və təhlükəsizliyi ilə seçilən Toyota markalı avtomobilləri rahatlıqla əldə edə biləcəklər.