Girovlara qarşı ittiham irəli sürüldü

girovlara-qarsi-ittiham-ireli-suruldu
Oxunma sayı: 2586


“Qafqazinfo”nun məlumatına görə, “Media forum” saytı bildirir ki, iyulun 17-si axşam rəsmiləşdirilən ittihama görə, iyulun 4-də Kəlbəcərdə itkin düşmüş 17 yaşlı Smbat Sakanyanı azərbaycanlılardan ibarət qrup oğurlayaraq qətlə yetirib. Smbat Sakanyanın 10 gün sonra yaşadığı kənddən xeyli aralıda tapılmış meyitində çoxlu güllə yarasının olduğu bildirilir.

Şahbaz Quliyev və Dilqəm Əsgərovdan başqa daha bir azərbaycanlının Kəlbəcərə keçdiyi xəbər verilir. Onun adı açıqlanmayıb. İddiaya görə, həm şəxs iyulun 11-də Kəlbəcər ərazisində öldürülüb. Qeyd olunur ki, azərbaycanlı ilə atışma zamanı ordunun 42 yaşlı mayoru Sərkis Abramyan həlak olub, 37 yaşlı qadın Karine Davtyan yaralanıb.